Hadisə

Bakıda maşın aşdı, sürücü öldü

Bakıda maşın aşdı, sürücü öldü
Bakının Binəqədi rayonu ərazisində ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. 31 yaşlı Əsgərov Allahverdi Qəzənfər oğlu “Mitsubishi” markalı nəqliyat vasitəsi ilə Sulutəpə qəsəbəsindən şəhər istiqamətində hərəkətdə olub. Lakın sürücü Xocahəsən dairəsində qəflətən idarəetməni itirib. Nətıcədə nəqliyyat vasitəsi dairəyə çırpılıb. Zərbənin təsiri güclü olduğundan maşın aşaraq digər hərəkət hıssəsınə düşüb. Qəza nəticəsində sürücü Allahverdi Əsgərov hadisə yerində dünyasını dəyişib.

Şahidlərin eləcə də ətrafda yaşayanların sözlərınə görə, bu ərazidə mütamadi olaraq yol nəqlıyyat hadisələri baş verir. Səbəb ısə yol təmır olunduqdan sonra yeni dairənin yaradılmasıdır.

Yol patrul xidməti əməkdaşlarının gəldikləri ilkin qənaətə görə qəza yüksək surət və hava havanın dumanlı olması səbəbindən baş verib.

Amma tam dəqiq səbəblər isə Baş Dövlət Yol Polisi idarəsinin istintaq və təhqiqat idarəsində başladılan aradırmalrın sonunda bəllı olacaq

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button