Hadisə

Bakıda qəza törədən sürücü maşınına od vurub yandırdı – (Video)

Bakıda qəza törədən sürücü maşınına od vurub yandırdı - (Video)

Bakının Nizami rayonu Babək prosketində yol nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, prospketlə hərəkətdə olan “Chevrolet” markalı minik maşını qarşısında hərəkət edən “Mercedes”ə çılpılıb. Toqquşmadan sonra sürücülər baş verənlərə aydınlıq gətirmək istəsə də əsəblərini cilovlaya bilməyən “Chevrolet”in sürücüsü öz maşınına qəfildən od vurub.
Hadisə şahidi Ramin Zəkiyev sürücünün benzin tokərək öz maşınını yandırdığını bildirir. Şahidlərin sözlərinə görə, bundan sonra maşın sahibi heç nə olmamış kimi alovlanan avtomobilinə baxıb.
Hadisə barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Hadisə verinə gələn yanğısöndürmə briqadasının əməkdaşları alova müdaxilə ediblər. Yanğının qarşısı təxminən 20-25 dəqiqə ərazində alınıb.
ANS PRESS-in FHN-in saytına istinadən verdiyi məlumata görə, saat 02:04-də yanğının qarşısı tamamilə alınıb.
Əraziyə cəlb edilən polis əməkdaşları isə öz malına od vuran sürücünü saxlayıblar. Daha sonra həmin şəxs izahatının alıması üçün polisə aparılıb. Hər halda dindirilmə zamanı bütün qaranlıq məqamlara aydınlıq gətiriləcək.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button