Hadisə

Bakıda kütləvi dava: iki nəfər xəstəxanaya düşdü

Bakıda kütləvi dava: iki nəfər xəstəxanaya düşdü

Bakıda bıçaqlanma ilə nəticələnən kütləvi dava olub.

Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə dünən saat 00.50-da 28 May küçəsində baş verib.

Bakı şəhər sakinləri, 1980-cı il təvəllüdlü Tehran Hacıyev və 1986-cı il təvəllüdlü Rəşad Mustafayev bıçaqlanıb. Onlar ağır yaralı halda xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə əlaqədar Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşları əməliyyat keçirib.

Keçirilən əməliyyat zamanı hər iki şəxsi bıçaqlamaqda şübhəli bilinən Neftçala rayon sakinləri – 1993-cü il təvəllüdlü İlham Dadaşov, 1992-ci il təvəllüdlü Nurulla İsgəndərov, 1997-ci il təvəllüdlü Vüqar Soltanov və 1993-cü il təvəllüdlü Səmid Hüseynov müəyyən olunaraq tutulublar.

Faktla bağlı əməliyyat aparılır.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button