Hadisə

Facebook-da söyüş yazdı, bıçqlandı – LƏNKƏRANDA

Facebook-da söyüş yazdı, bıçqlandı - LƏNKƏRANDALənkəranda bıçaqlanma hadisəsi baş verib.

APA TV-nin məlumatına görə, hadisə rayonun Göyşaban kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 23 yaşlı Elmar Şamil oğlu Quliyev naməlum şəraitdə bıçaqlanıb. Kürək nahiyəsindən və qarın boşluğundan 3 bıçaq zərbəsi alan yaralı ətrafdakıların köməyi ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq dərhal cərrahiyyə əməliyyatına götürülüb.

Hazırda reanimasiya şöbəsinə yerləşdirilmiş Elmar Quliyevin vəziyyəti ağır olaraq qalmaqdadır. Zərərçəkənin yaxınları isə hadisənin hansı zəmində baş verməsindən xəbərsiz olduqlarını bildiriblər. Faktla bağlı hələlik heç kim saxlanılmayıb. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları hadisəni törətmiş şəxsin məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-istintaq tədbirlərini davam etdirirlər.

İlkin məlumata görə, Elmar Quliyev sosial şəbəkədə kimlərinsə ünvanına söyüş söyməsi səbəbindən bıçaqlanıb.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button