Hadisə
Orta məktəb müəllimi özünü asdı
Ağcabədi rayonunda intihar hadisəsi baş verib.
Rayon polis şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Ağcabədi şəhərinin Sərdar Bünyadov küçəsində qeydə alınıb. Həmin ünvanda yaşayan 1977-ci il təvəllüdlü Ağayev Ramil Ədil oğlunun asılmış meyiti aşkar edilib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Polisdən bildirilib ki, R.Ağayev rayonda yerləşən 8 saylı orta məktəbdə müəllim işləyirmiş. Faktla bağlı araşdırma aparılır.