Hadisə
Bakıda aptekə soxulub qadınları qorxutdular…
Bakıda aptekdən quldurluq yolu ilə pul talayan şəxs saxlanılıb.
Lent.az Bakı Şəhər Baş Polis İdarəsinə istinadən bildirir ki, fevralın 2-də saat 21:30 radələrində C.Hacıbəyli küçəsində Bakı şəhər sakini Zəkiyyə İsmayılovaya məxsus aptekə daxil olub, bıçaqla Z.İsmayılovanı və orada əczaçı işləyən Almaz Əmirovanı hədələyərək quldurluq yolu ilə kassadan 280 manat pulu talayıb qaçmaqda şübhəli Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü Röyal Məmmədov tutulub. Faktla bağlı araşdırma aparılır.
Loading...