Hadisə

Bakıda məscidin nəzir qutusunu sındırıb pul oğurladılar

Bakıda məscidin nəzir qutusunu sındırıb pul oğurladılarPaytaxtda qeyri-adi oğurluq hadisəsi baş verib.

“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonu ərazisində baş verib.

Fevralın 8-nə keçən gecə Balaxanı qəsəbəsi, Yeni sahədə yerləşən Cümə məscidindən oğurluq olub.

Məscidin açıq olan qapısından keçən şəxs və ya şəxslər nəzir qutusunu sındıraraq 3 manat və təhlükəsizlik kamerası oğurlayıblar.

Araşdırma aparılır.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button