Hadisə

“Abşeron” kafesində atışma: 1 ölü, 2 yaralı

“Abşeron” kafesində atışma: 1 ölü, 2 yaralı
Rusiyanın paytaxtı Moskvada azərbaycanlılara məxsus restoranda atışma olub.

ANS PRESS-in məlumatına görə, insident \”Abşeron\” restoranında qeydə alınıb. Baş verən hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər ağır yaralanıb.

Paytaxtın şərqində – Parkovaya küçəsi 15 ünvanında yerləşən restoranda atışma gecə saatlarında olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə məlumatlandırıldıqdan dərhal sonra hadisə yerinə yollanıblar.

Hüquq mühafizə orqanının əməkdaşı hadisəni belə şərh edib: \”Təxminən gecə saat 2 radələrində bir qrup müştəri restoranda dava salıb. Dava böyüyüb və odlu silahlarla atəşlə müşayiət olunub. Nəticədə müştərilərdən biri ölümcül yaralanıb, daha iki yaralı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib\”.

O, deyib ki, hazırda hadisənin iştirakçıları axtarılır. Restoranda isə istintaq qrupu işləyir.

Moskva Cinayət Axtarışı İdarəsi insident faktını təsdiqləsə də, təfərrüatlar açıqlanmayıb.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button