Hadisə

“Sovetski”də güclü yanğın (VİDEO)

“Sovetski”də güclü yanğın (VİDEO)
Bakının Yasamal rayonunda “Sovetski” kimi tanınan məhələdə yanğın hadisəsi baş verib. Yanğın Murtuza Muxtarov küçəsi 97 ünvanında yerləşən 2 mərtəbəli yaşayış binasının damında başlayıb.

Hadisə barədə məlumat daxil olan kimi əraziyə FHN Yasamal və Nəsimi rayon yanğından mühafizə idarəsinin yanğınsöndürənləri gəliblər. Binada yaşayan sakinlər qısa zamanda təxliyyə olunub.

Yanğınsöndürənlərin səyi nəticəsində damda başlayan alovun binanın mənzillərinə keçməsinin qarşısı alınıb.

Yanğının söndürülməsi zamanı xəsarət alan olmayıb.

Hadisə ilə bağlı FHN-ninəməkdaşları tərəfindən araşdırma başlanılıb. Araşdırmalardan sonra binada baş verən yanğının yaranma səbəblərinə aydınlıq gətiriləcək.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button