Hadisə

Bakıda polis bölməsinin qarşısında \”razborka\”

Bakıda polis bölməsinin qarşısında "razborka"

Gecə saatlarında Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində bıçaqlanma hadisəsi qeydə alınıb.

Hadisə zamanı Masallı rayon sakini, 37 yaşlı Cavad İbrahimov tanışı tərfindən bıçaqlanıb. Hadisə Suraxanı Rayon Polis İdarəsinin 32 -ci polis bölməsinin qarşısında baş verib. Cavad İbrahimov həmin ərazidə yerləşən kafelərin birində tanışı ilə yeyib-içdikdən sonra aralarında mübahisə yaranıb. Yaranan mübahisəni həll etmək üçün içkili tanışlar bölmənin yaxınlığındakı əraziyə gəliblər.

Nəticədə Cavid hələlik istintaqa məlum olmayan tanışı tərəfindən bir neçə bıçaq zərbəsi alıb. Qarın nahiyəsindən ağır bıçaq zərbəsi alan yaralı ətrafdakıların köməyi ilə 3 saylı kliniki tibbi mərkəzə çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yaralı çox qan itirdiyindən dərhal əməliyyata götürülüb.

Hadisə ilə bağlı Suraxanı Rayon Polis İdarəsi 32-ci bölməsinin əməkdaşları tərəfindən araşdırma başlanılıb. Cinayəti törədərək hadisə yerindən qaçan şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.(ANSPRESS)

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button