Hadisə

MTN Suriyada döyüşmüş daha bir azərbaycanlını həbs etdi

MTN Suriyada döyüşmüş daha bir azərbaycanlını həbs etdiSuriyada döyüşlərdə iştirak etməkdə şübhəli bilinən daha bir Azərbaycan vətəndaşı həbs edilib.

APA-nın məlumatına görə, Milli Təhlükəsizlik Nazirliyi (MTN) əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zərdab rayon sakini, 1995-ci il təvəllüdlü Mikayılov Rövşən Baba oğlu saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, bundan əvvəl Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən Suriyada döyüşlərdə iştirak etməkdə şübhəli bilinən 26 nəfər tutulub.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button