Hadisə
Bakıda qadın özünü hamamda asdı
Bakı Nizami rayonunda evlərin birində qadın meyiti aşkarlanıb.
Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, meyit Cəmşid Naxçıvanski küçəsi ev 63, mənzil 2 ünvanındakı hamam otağında asılmış halda tapılıb.
Araşdırmalar zamanı məlum olub ki, meyit 1986-cı il təvəllüdlü Ülviyyə Tərlan qızı Əsgərovadır.
Onun intihar etdiyi məlum olub.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Fakla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.