Hadisə

Sumqayıtın maşın bazarı yandı: bir neçə dükan malları ilə birgə külə döndü

Sumqayıtın maşın bazarı yandı: bir neçə dükan malları ilə birgə külə döndü

Sumqayıt maşın bazarında yanğın olub.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyiə istinadən verdiyi xəbərə görə, yanğın Bakı-Quba yolunun 32-ci km-də yerləşən ümumi sahəsi 1600 kv.m olan Sumqayıt maşın bazarının ərazisində baş verib.

Nəticədə biri-birinə bitişik tikilmiş avtomobil ehtiyat hissələri satılan mağazaların yanar konstruksiyaları, içərisində olan avtomobil ehtiyat hissələri və dam örtüyü 350 kv.m sahədə yanıb. Ərazidə olan tikililər yanğından mühafizə olunub.

Yanğın saat 02:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button