Hadisə

Bakıda avtobuslar yolda batdı – (Fotolar)

Bakıda avtobuslar yolda batdı - (Fotolar)

Bu gecə yağan yağış paytaxt Bakıda ciddi problemlərə yol açıb.

ANS PRESS-in məlumatına görə, yağış Bakının bir neçə küçə və prospektlərində nəqliyyatın hərəkəti iflic edib.

Əsas problemlərdən biri də Bakı-Şamaxı yolunda yaşanıb. Oxucuların sayta verdikləri məlumata görə, yolun 14-cü km-də yağış sularından nəhəng gölməçələr meydana gəlib.

Nəticədə hərəkət edən sərnişin avtobuslarının hərəkətində problem yaranıb.

Verilən məlumata görə, içi dolu olan 2 avtobus su gölməçəsində batıb.

Xatırladaq ki, bənzər vəziyyət paytaxtın Nərimanov rayonu ərazisindəki “Çerment” körpüsü kimi tanınan yerdə baş verib.

Hadisə şahidləri mənzərənin fotolarını da çəkib göndəriblər.

Bakıda avtobuslar yolda batdı - (Fotolar)Bakıda avtobuslar yolda batdı - (Fotolar)
Bakıda avtobuslar yolda batdı - (Fotolar)

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button