Hadisə

Bakıda kredit borcu olan kişi özünü asdı

Bakıda kredit borcu olan kişi özünü asdı
Bu gecə Bakının Binəqədi rayonunda asılmış kişi meyiti tapılıb.

Binəqədi rayon Polis İdarəsi 4-cü polis bölməsinin təhqiqatçısı Niyazı Həmidovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə Cəfər Cabbarlı küçəsi ev 5 ünvanında qeydə alınıb.

Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırmalar zamanı meyiti tapılan şəxsin 1970-ci il təvəllüdlü Namiq Daşdəmir oğlu Vəliyev olduğu məlum olub.

Müəyyən olub ki, kişi intihar edib. Onun üstündən heç bir məktub tapılmayıb.

Qeyd edək ki, Namiq Vəliyev tək yaşayırmış. O, subay olub.

Yaxınlarının bildirdiyinə görə, onun banklara külli miqdarda kredit borcu olub. Ehtimal olunur ki, Namiq Vəliyev bu səbəbdən canına qıyıb.

Lakin intiharın dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button