Hadisə

Bakıda sərxoş qadın polislərə hücum çəkdi

Bakıda sərxoş qadın polislərə hücum çəkdiBakıda sərxoş vəziyyətdə olan qadın sürücü yol polislərinə tabe olmayıb. Bizimyol.info Report-a istinadən xəbər verir ki, hadisə Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində qeydə alınıb.

Belə ki, yol polisləri tərəfindən qayda pozduğu üçün saxlanılan “KİA” markalı avtomobilin sürücüsü M.K. yoxlanılan zaman onun maşını sərxoş vəziyyətdə idarə etdiyi məlum olub.

Xanım sürücüyə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları qanunla protokol tərtib etmək istəyən zaman isə o, hüquq-mühafizə orqanlarının işçilərinə tabesizlik göstərib. Sürücü, həm də onları söyüş söyməklə təhqir edib. M.K. hadisə yerinə çağırılan Post Patrul Xidmətinin əməkdaşları tərəfindən Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə aparılıb. Sürücünün qayda pozuntuları barədə protokol tərtib olunandan sonra etdiyi hərəkətlərə də hüquqi qiymət veriləcək

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button