Hadisə

Məhəmməd peyğəmbərin karikaturasını çəkəni güllə yağışına tutdular

Məhəmməd peyğəmbərin karikaturasını çəkəni güllə yağışına tutdular

Fevralın 14-də Danimarkada həyata keçirilən silahlı hücumda ölən və yaralananlar var.

Yerli media xəbər verir ki, saat 15:30 radələrində naməlum şəxslər paytaxt Kopenhagendə, mədəniyyət evində gedən debat iştirakçılarına atəş açıblar.

Polis rəsmiləri bildiriblər ki, hücum nəticəsində 1 nəfər ölüb, 3 polis əməkdaşı isə yaralanıb. Şahidlər 2 maskalı şəxsin \”Volksvagen Polo\” avtomobilində hadisə yerindən qaçdığını müşahidə etdiklərini deyirlər. Avtomobil bir qədər sonra tapılıb, lakin şübhəlilərin yeri cinayətkarların yeri hələ məlum deyil.

Polis genişmiqyaslı axtarış əməliyyatı aparır.

Xəbər verilir ki, \”İncəsənət, küfr və söz azadlığı\” mövzusunda keçirilən müzakilərlədə vaxtilə Məhəmməd peyğəmbərin karikaturasını çəkən İsveç rəssamı Lars Vilks və Fransanın Danimarkadakı səfiri Fransua Zimeray da iştirak edirdilər.

Polis rəsmisi əmindir ki, hücum edənlərin hədəfi Lars Vilks olub.

Xatırladırıq ki, Avropada karikatura gərginliyi 2007-ci ildə Vilksin çəkdiyi Məhəmməd peyğəmbər karikaturasından sonra başlayıb. \”Əl-Qaidə\” rəssamı öldürən adama 150 min dollar mükafat vəd etmişdi. Bundan sonra Vilks faktiki olaraq ev dustağı olduğunu deyir, daimi mühafizə altında yaşayırdı. 2010-cu ildə ABŞ-ın təhlükəsizlik orqanları Vilksə qəsd hazırlayan qruplaşma üzvlərinin həbs olunduğunu bildirdi.

Bu ilin yanvarında Parisdə hücuma məruz qalan \”Şarli Hebdo\” jurnalı da məhz həmin karikaturanı təkrar dərc edəndən sonra müsəlmanları qəzəbləndirmiş, radikal qruplaşmalardan hədələr almışdı.

Danimarkanın baş naziri Helle Thorninq-Şmidt Kopenhagendə insan ölümülə nəticələnmiş atışmanı terror hücumu adlandırıb. Baş nazir bəyanatı karikaturaçı rəssam Lars Vilkslə görüşün keçirildiyi kafedə atışmadan bir qədər sonra verib. Hadisə zamanı bir nəfər ölüb, iki nəfər yaralanıb.
Danimarkanın baş naziri ölkənin yüksək hazırlıq vəziyyətinə gətirildiyini və hər yerdə polis qüvvələrinin yerləşdirildiyini əlavə edib.
Atışma Məhəmməd peyğəmbərin karikaturalarını çəkmiş rəssam Lars Vilksin yaratdığı komitənin keçirdiyi tədbir zamanı baş verib. 2007-ci ildə Məhəmməd peyğəmbərin karikaturalarını çəkdikdən sonra Lars Vilks təhdidlərlə qarşılaşıb.
Şahidlərin bildirdiyinə görə, silahlı şəxslər kafeyə daxil olaraq atəş açıb, sonra isə qaçıblar. Güllələr kafenin giriş qapısını dəlib keçib.
Fransa prezidenti Fransua Olland daxili İşlər naziri Bernard Kaznovu qısa müddətdə Danimarkaya göndərəcəyini elan edib.
Kopenhagenin meri Frank Yensen atışmanın motivləri ilə bağlı nəticə çıxarmağın tez olduğunu deyib, lakin hadisənin “ifadə azadlığına qarşı zorakı hücum” olduğunu təəssüflə qeyd edib.

Danimarkanın hüquq-mühafizə orqanları Kopenhagendə terror aktı törətməkdə şübhəli bildiyi şəxsin səxsin görüntülərini yayıb.
Silahlı hücum etmiş kişinin 25-30 yaşlı, idman bədən quruluşlu, təxminən 185 santimetr boyunda olduğu təxmin edilir.
Şahidlər qeyd edirlər ki, atəş açan şəxs ərəblərə oxşasa da sarışın olub. Kişi qara və ya tünd göy xizək kostyumu geyinib. Mümkündür ki, onun əllərində əlcəklər olub.
Polis ehtimal edir ki, Kopenhagendə terror aktını törədən tək yox, bir neçə nəfər olub.

Məhəmməd peyğəmbərin karikaturasını çəkəni güllə yağışına tutdularEhtimal edilən terrorçunun fotosu

Kopenhagendəki atışmadan sonra Tvitterdə akkauntu olan İŞİD-çilər \”Yalquzaq canavarlar\” adlı heştagdan istifadə etməklə bu teraktın təşklinə bağlı olduqlarını elan ediblər.

Virtualaz.org saytı xəbər verir ki, islamçı yaraqlılar Məhəmməd peyğəmbəri təhqir edənləri bundan sonra da bütün dünyada ovlayacaqlarını bəyan ediblər.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button