Qandonduran cinayət: ana 3 uşağını diri-diri yandırdı
Belçikada dəhşətli cinayət faktı qeydə alınıb.
ANS PRESS-in məlumatına görə, Belçikanın Lennik şəhərində qandonduran cinayət hadisəsi baş verib.
Psixi pozğunluğu olduğu bildirilən 35 yaşlı qadın 3 övladını otağa salaraq, evi yandırıb. Daha sonra isə ərinə zəng edərək uşaqlarının qışqırıq səslərinə qulaq asdırıb. Evdən uzaqda olan ata Hellmut Ulin isə telefonda övladlarının fəryadını eşidərək dəhşətə gəlib.
Hellmut dərhal övladlarının köməyinə qaçıb. Lakin o evə gəlib çatdıqda gördükləri mənzərə onu şoka salıb. O, 2 yaşlı övladı Omi, 4 yaşlı Abbiqeyl və 6 yaşlı Medisonun yanmış cəsədi ilə üzləşib.
Cinayəti törədən qadın isə həmin vaxt baxçada əyləşərək sakit şəkildə siqaret çəkirmiş. O, ərinə – “on dəqiqə qışqırdılar, sonra səsləri kəsildi” deyib.
Hisslərini cilovlayan ər həyat yoldaşını polisə təslim edib.
Faktla bağlı cinayət işi açılıb.