Hadisə

Azərbaycanlı erməni sürücüyə basqın etdi

Azərbaycanlı erməni sürücüyə basqın etdiRusiyanın Voronej vilayətinin Novousmansk rayonunda 27 yaşlı Ermənistan vətəndaşı M-4 “Don” trasında öz mikroavtobusunda hərəkətdə olarkən basqına məruz qalıb.

Virtualaz.org saytı Rusiya mənbələrinə istinadən xəbər verir ki, həmin erməni polisə şikayətində bildirib ki, tanımadığı şəxs ona yaxınlaşaraq həbsdə olan məhbuslar üçün pul tələb edib.

Erməni pul verməkdən imtina edəndə hücum edən şəxs ona fiziki təzyiq göstərib, mobil telefonunu, 20 min rubldan çox pulunu və travmatik tapançasını alaraq qaçıb.

Bu şikayət əsasında hüquq-mühafizə orqanları axtarış aparıblar və basqını həyata keçirən 43 yaşlı Azərbaycan vətəndaşını həbs ediblər. Məlum olub ki, həmin şəxs əvvəllər qətl törətdiyinə və soyğunçuluğa görə həbsdə olub. Voronej vilayətində 2004-cü ildən yaşayır.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button