Hadisə

Bakıda polisi döyüb formasını cırdılar

Bakıda polisi döyüb formasını cırdılarDünən gecə saatlarında Bakıda polis serjantı döyülüb.

“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əld etdiyi məlumata görə, hadisə saat 22 radələrində Qara Qarayev prospektində yerləşən mağazada baş verib. Hadisəni Masallı rayon sakinləri – 1998-ci il təvəllüdlü Kərim Kərimov və 1996-ci il təvəllüdlü Elmin Hacıyev törədiblər.

Onlar xuliqanlıq zəminində Metropolitendə Polis Şöbəsinin baş serjantı, 1975-ci il təvəllüdlü Tahiq Gözəl oğlu Mikayılovun alın nahiyəsinə yumruqla vurub, sonra isə xidməti geyim formasını cıraraq yararsız hala salıblar.

Hadisə baş verən zaman polis serjantı xidmətdə olmayıb.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button