Hadisə

Özlərini polis kimi təqdim edən şəxslər tutuldu

Özlərini polis kimi təqdim edən şəxslər tutulduBakıda özlərini polis kimi təqdim edən şəxslər saxlanılıb.

Bu barədə APA-ya Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) bildirilib. Məlumata görə, BŞBPİ Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 21-də saat 22:20 radələrində, Ələkbərov küçəsi 10-da yerləşən daşınmaz əmlak ofisində Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Elşad Muradovun etibarından sui-istifadə edərək 10.000 manat, yanvarın 28-də saat 18 radələrində, Azərbaycan prospektində – Daxili İşlər Nazirliyinin inzibati binasının yaxınlığında Abşeron rayon sakini 1982-ci il təvəllüdlü Elgün Ələkbərovun etibarından sui istifadə edərək, 95.000 manat pulunu dələduzluq yolu ilə mənimsəməkdə şübhəli bilinən Bakı şəhər sakinləri – 1978-ci il təvəllüdlü, Nazim Tahir oğlu Məmmədov, 1982-ci il təvəllüdlü, Zaur İldırım oğlu Ədilov və Tovuz rayon sakini 1993-cü il təvəllüdlü İlkin Samir oğlu Bayramov tutulublar.

Şübhəli şəxslər ətrafında keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə müəyyən olunub ki, əvvəllər oğurluq, dələduzluq, hədə-qorxu ilə pul tələb etmə maddələri ilə məhkum olunmuş N.Məmmədov vətəndaşların etibarını qazanmaq üçün özünü məsul polis əməkdaşı kimi təqdim edərək, qanunsuz olaraq xidməti polis mundirində, mayor xüsusi rütbəsində, Z.Ədilov polis baş leytenantı rütbəsində Bakı şəhərində tikilməkdə olan çoxmərtəbəli yaşayış binalarında yerləşən mənzillərin sənədlərini saxtalaşdıraraq alqı-satqısını həyata keçiriblər.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button