Hadisə

Bakıda maskalı şəxslər kişini oğurlamaq istədi

Bakıda maskalı şəxslər kişini oğurlamaq istədiBir qrup şəxsin zorla qaçırmaq istədiyi kişi polisə şikayət edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1973-cü il təvəllüdlü Sahib Xanbutayev fevarlın 15-də Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsinə ərizə ilə müraciət edib.

O bildirib ki, fevralın 13-də saat 23:40 radələrində Yeni Suraxanı qəsəbəsi Mirqəzəb küçəsi 14-ün qarşısında 3 nəfər naməlum şəxs onu tanımadığı avtomobilə zorla mindirməyə cəhd edib.

S.Xanbutayev müqavimət göstərdikdə maskalı şəxslər onu yumruqla vurub qaçıblar.

Araşdırma aparılır.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button