Hadisə
Bakıda polisin üzünü şüşə ilə kəsdilər
Bakıda iki qardaş xidməti vəzifəsini yerinə yetirən polisə hücum edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə bir neçə gün öncə saat 23:30 radələrində Salamzadə küçəsi 16-da yerləşən \”Miraj\” kafesində baş verib.
Gədəbəy rayon sakinləri – 1990-cı il təvəllüdlü Zamin Məmmədov və qardaşı, 1992-ci il təvəllüdlü Zaməddin ictimai qaydanı pozduğu üçün həmin vaxt xidmətdə olan DİN-in Çevik Polis Alayının polis serjantı, 1984-cü il təvəllüdlü Zaur Vəliyev tərəfindən intizama dəvət edilib.
Qardaşlar polisə müqavimət göstərib, Zaməddin Məmmədov şüşə parçası ilə Z.Vəliyevin sifətini kəsib. Məmmədov qardaşları saxlanılıb. Onların hadisə vaxtı sərxoş olduqları müəyyən edilib.