Hadisə

5-ci mərtəbədən yıxılan qadını görənlər: \”Bilmədik axı, haçan düşəcək…\”

5-ci mərtəbədən yıxılan qadını görənlər: "Bilmədik axı,  haçan düşəcək..."Beşinci mərtəbənin eyvanından asılı vəziyyətdə qalaraq yerə düşən gənc qadının aqibəti artıq iki gündür ki, müzakirə mövzusudur. Hadisənin səbəbləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

ANS TV-nin məlumatına görə, beşinci mərtəbədən yıxılaraq xəsarət alan 28 yaşlı Lalə Bayramovanını vəziyyəti hələ də ağırdır. İlk olaraq özəl klinikaya aparılan gənc qadın sonradan 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Bu gün günorta saatlarında isə ailə üzvüləri Mərkəzi Neftçilər Xəstəxanasında yaxınlarının olmasını əsas gətirərək yaralını ora aparıblar.

“Bizə gətiriləndən sonra neyrocərrahın baxışı olub, USM müayinəsi aparılıb. Xəstənin vəziyyəti orta ağırdır. Müvafiq müayinələrdən sonra xəstə normal həyata qayıda bilər”, – deyə həkim Ədalət Abdullayev bildirib.

Bədbəxt hadisə Nizami rayonu, Qara Qarayev prospekti, 126 ünvanında olub.

Beşinci mərtəbədən yıxılan Lalə Bayramova birinci mərtəbənin eyvanına çırpıldıqdan sonra yerə düşüb.

Lalə Bayramova yerə çırpılan kimi ətrafına yüzlərlə insan toplaşır. Hansıki bir az öncə maraqlı film seyr edirmiş kimi hadisəni izləyib və ancaq onu lentə almağı düşünürdülər. Heç kimin ağlının ucundan belə keçmir ki, həyat yoldaşının xilas edə bilməyəcəyi təqdirdə gənc qadını qurtarmaq onların əlindədir.

Hadisə şahidi Dünyamalı Bəbirov deyir ki, hadisə baş verən vaxtı ərazidə adam çox idi: \”Burada nə kömək edə bilərdik ki, lap getdik ora kömək eləməyə, nə edə bilərdik\”.

Hadisə şahidi Abbas Əliyev: “O anda bilmədik ki, beş dəqiqəyə düşəcək, yoxsa 10 dəqiqəyə. Beş dəqiqə sonra qadının əli sürüşdü aşağı düşdü. İmkan olmadı kömək etməyə”.

Düzdür bu gün hadisədən ağız dolusu danışıb kömək etməkdə aciz olduqları ilə özlərinə haqq qazandıran bu insanlar əslində xanımı qurtara bilərdilər. Bunun üçün bir neçə variant var idi. Məsələn, aşağı mərtəbənin balkonundan onu tutmağa cəhd, həyətdə hansısa böyük parça və ya çadır tutmaqla onun yerə düşməsini əngəlləmək. Amma bunlar olmayıb. Sosioloq Rəşad Əsgərov bütün bunları insani hisslərlə əlaqəsi olmayan çox qorxulu bir hal kimi qiymətləndirir:

“Kömək etməli idilər, nəsə döşək atmalı idilər, yerə nəsə tutub saxlamalı idilər. Amma əvəzinə telefona çəkirlər. Ya da gözləyirlər ki, görək düşəndən sonra öləcək, yoxsa yaralanacaq”.

Psixoloq Elmir Əkbərə görə, inanların bədbəxt hadisələrə seyirci qalması onların psixoloji durumunun təhlükəli vəziyyətdə olmasından xəbər verir:

“Görüntü üçün, şou üçün onu lentə alsınlar, onu Youtuba yerləşdirsinlər, bu dəhşətdir. Necə ki, pas dəmiri yeyir, eləcə də laqeydlik insanları uçuruma aparır”.

Bu durumdan qurtulmaq isə öz əlimizdədir. İnsan olduğumuzu unutmayaq və köməyə ehtiyacı olanlardan bunu əsirgəməyək.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button