Hadisə
Bakıda 5 maşın toqquşdu: 1 ölü, 3 yaralı
Bakıda ağır yol qəzası baş verib.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Şərifzadə küçəsində, \”Yasamal bazarı\”nın qarşısında qeydə alınıb.
Qəza zamanı iki \”Mercedes\”, iki \”Opel\” markalı avtomobillər və yük maşını toqquşub. İlkin məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Ölən və yaralananların adları dəqiqləşdirilir.
Əlavə məlumat veriləcək.