Hadisə

Rusiya sülhməramlı qoşunlarının Qarabağa yeridilməsi davam edir

Rusiyanın hərbi-nəqliyyat aviasiyası sülhməramlı qoşunların Dağlıq Qarabağa daşınmasını davam etdirir. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu gün səhər saatlarında sülhməramlı desant briqadasının qüvvələrini daşıyan daha 3 İl-76 hərbi-nəqliyyat təyyarəsi Ulyanovsk-Vostoçnıy aerodromundan havaya qalxıb.

“İçərisində Rusiya sülhməramlıları olan üç İl-76 hərbi-nəqliyyat təyyarəsi Dağlıq Qarabağ münaqişəsi zonasında sülhməramlı əməliyyatların təmin edilməsi üçün noyabrın 11-də Ulyanovsk-Vostoçnıy aerodrumundan havaya qalxıb”,-Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

Nazirlikdən qeyd ediblər ki, təyyarələrin göyərtəsində Mərkəz hərbi dairəsinin 15-ci əlahiddə motoatıcı briqadanın şəxsi heyəti, maddi-texniki vasitələri, avtomobil texnikası və xüsusi texnika yer alır. Xatırladaq ki, Qarabağa cəmi 1960 Rusiya sülhməramlısının yeridilməsi nəzərdə tutulur. Onların əksər hissəsi artıq dünən səhərdən regiona daşınıb, bu məqsədlə 20 İl-76 təyyarəsi Ulyanovskdan Yerevanın “Erebuni” aerodromuna reys həyata keçirib. Oradan isə Rusiya qoşunları sürətlə Dağlıq Qarabağa daxil olublar.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists