Hadisə

BQXK prezidenti: “Qarabağ münaqişəsi tərəflərinin 200 cəsədi mübadilə olunub”

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer Qarabağ münaqişəsi tərəflərinin artıq 200 cəsədin mübadiləsini həyata keçirdiyini bildirib.

Bu barədə BQXK rəhbəri “RİA-Novosti”yə açıqlamasında bildirib.

Maurer təşkilatın bu istiqamətdə səylər göstərməyə davam edəcəyini deyib. Onun sözlərinə görə, BQXK-nın Dağlıq Qarabağdakı prioritetləri köçkün əhaliyə kömək etmək, cəsədləri yerlərdən çıxarmaq, həmçinin mümkün danışıqlara və mübadiləyə hazırlaşmaq üçün hərbi əsirləri ziyarət etməkdir.

“Ölənlərin cəsədlərinin mübadiləsi ilə əlaqədar olaraq, Rusiya sülhməramlılarının və BQXK-nin iştirakı ilə tərəflərin cəsədləri çıxarmağa və onları dəyişdirməyə başladıqlarını bildirməkdən məmnunam. Son məlumatlara görə, artıq 200 cəsəd mübadiləsi aparılıb. Səy göstərməyə davam edəcəyik”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists