Hadisə

Avstraliyadan Azərbaycana dəstək – Foto

“Avstraliyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımayan uzunmüddətli dövlət siyasəti var”.

Savash.org Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən məlumatına görə, bu fikir Avstraliya Xarici İşlər Nazirliyinin Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyinin sədri İmaməddin Qasımova ünvanladığı cavab məktubunda bildirilib.

Məktubda Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Avstraliyanın ATƏT-in Minsk qrupunun səylərini dəstəklədiyi və müdaxilə etməyə çalışmadığı qeyd edilib.

“Münaqişə hərbi yolla deyil, tərəflər arasında danışıqlar vasitəsi ilə həll olunmalıdır. Xarici işlər nazirinin 1 oktyabr açıqlamasında “mübahisəli ərazilər”dən bəhs etməsi münaqişənin özünə istinad edir və Avstraliyanın mövqeyində hər hansı dəyişikliyi əks etdirmir”, – deyə məktubda vurğulanıb.

Qeyd edək, oktyabrın 2-də İmaməddin Qasımov Azərbaycanın haqlı mövqeyinin müdafiə olunması və ərazi bütövlüyünün tanınması ilə bağlı Avstraliya hökumətinə müraciət edib.

Avstraliyadan Azərbaycana dəstək -  Foto
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists