Hadisə
Sabiq deputatın oğlu dollarları belə yandırdı… – (Video)
Məşhur repçi Anar Nağılbaz uzun fasilədən sonra klip çəkdirib.
ANS PRESS-in məlumatına görə, Azərbaycanda repin atası kimi tanınan Nağılbazın yeni repi \”Mani hanı?\” adlanır.
Qocaman repçi bu dueti tək ifa etməyib. Klipdə onun duet ortağı digər tanınmış repçi Ramaşdır.
A.Nağılbaz yeni klipinin Azərbaycanda ən bahalı klip olduğunu iddia edir. Klipin anonsunda qızlar və dollarlarla müşayiət olunan kef məclisləri nümayiş etdirilir.
“Mani hanı?” adlanan repə çəkilmiş klipin təqdimatı martın 1-də təqdim ediləcək.
Xatırladaq ki, Anar Nağılbaz sabiq deputat, tanınmış jurnalist Rizvan Cəbiyevin oğludur.