Hadisə
Bakıda dəhşətli olay: 28 yaşlı gənc özünü körpüdən atdı
Paytaxtda 28 yaşlı gənc özünü körpüdən atıb.
Lent.az-ın məlumatına görə, hadisə Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində baş verib. General Şıxlınski küçəsində qeydiyyatda olmaqla yaşayan 1987-ci il təvəllüdlü Rauf Novruzov özünü körpüdən atıb. O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır. R.Novruzovun hansı səbəbdən həyatına qəsd etməsi məlum deyil.