Hadisə

Azərbaycanda dəhşətli partlayış xofu…

Azərbaycanda dəhşətli partlayış xofu...Gəncə-Göygöl avtomobil yolunda dəhşətli partlayış təhlükəsinin qarşısı alınıb.

Yanacaqdoldurma məntəqəsində yanğın təhlükəsi barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verilib.

Məntəqənin binasının arxasında naqillər keçən hissəsindən tüstü çıxdığını görən işçilər dərhal “101” xidmətinə zəng vurublar.

Hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb olunub.

Dərhal tüstüləmə baş verən naqillər ayrılıb. Baş verə biləcək yanğının və partlayışın qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button