Hadisə

“Hyundai” traktorla toqquşub, ölən var

Ucarda bir nəfərin ölümü, bir nəfərin isə xəsarəti ilə nəticələnən ağır yol qəzası baş verib.

Savash.org xəbər verir ki, hadisə ötən axşam Bakı-Qazax magistral yolunun Ucar rayonunun Qazıqumlaq kəndindən keçən hissəsində baş verib.

Belə ki, Ağdam rayon sakini, 1960-cı il təvəllüdlü Fikrət Səlimovun idarə etdiyi “Hyundai” markalı minik maşını qoşqulu traktorun altına girib. Nəticədə minik maşınında olan sərnişin – 1964-cü il təvəllüdlü İradə Əliyeva hadisə yerində ölüb. “Hyundai”ın sürücüsü F.Səlimov isə xəsarət alıb.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

“Hyundai” traktorla toqquşub, ölən var
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists