Hadisə

Bakıda ev dəllalı öz işçisini zorladı

Bakıda ev dəllalı öz işçisini zorladı

Bakıda daha bir cinsi təcavüz faktı baş verib.

Yasamal Rayon Polis İdarəsi 29-cu polis bölməsinə müraciət edən Binəqədi rayon sakini, 1987-ci il təvəllüdlü Qulamova Xədicə Elton qızı (bütün ad və soyadlar şərtidir-red.) bildirib ki, tanışı onu zorlayıb.

X.Qulamova qeyd edib ki, bir neçə gün əvvəl saat 16 radələrində Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 201 saylı binanın qarşısında tanışı Rabil adlı şəxs ona təcavüz edib. 28 yaşlı şikayətçinin sözlərinə görə, Rabil onun əl-qolunu bağlayıb və zor tətbiq etməklə cinsi əlaqədə olub.

Qeyd edək ki, X.Qulamova Rabil adlı şəxsin ev alqı-satqısı və kirayəsi ofisində işlədiyini və öncədən tanıdığını da əlavə edib. Faktla bağlı araşdırmalar davam etdirilir (lent.az).

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button