Hadisə

Düşmənin beton bunkeri Azərbaycan ordusunun hava zərbəsindən sonra

Düşmənin on illərdir təmas xətti boyu hansı möhkəmləndirilmiş müdafiə xətti qurduğu artıq məlumdur və ordumuz torpaqları azad etdikdə beton bunkerlərdən, tunellərdən və uzunmüddətli atəş nöqtələrindən ibarət müdafiə səddi də üzə çıxırdı. Bəzi istiqamətlərdə isə düşmənin yeraltı sığınacaqları o dərəcədə möhkəm idi ki, artilleriya zərbələri ilə onları dağıtmaq mümkün olmurdu. Məsələn, Ağdərə istiqamətində düşmənin uzun illər ərzində beton bunkerlər şəbəkəsi yaratdığı və orada uzun müddət döyüş aparmağa imkan verən böyük sursat ehtiyatı cəmlədiyi məlum idi.

Nəticədə onları artilleriya zərbələri ilə dağıtmaq mümkün olmurdu və Azərbaycan ordusu həmin beton bunkerlərə qarşı aviasiya tətbiq edirdi. Xüsusən də hərbi əməliyyatların son 10-12 günü ərzində Azərbaycan aviasiyası düşmənin Ağdərə istiqamətindəki möhkəmləndirilmiş sığınacaqlarına tez-tez raket-bomba zərbələri endirirdi. Və Müdafiə Nazirliyinin gündəlik operativ icmallarında bu haqda bildirilirdi.

Virtualaz.org xəbər verir ki, Rusiya sülhməramlılarının Dağlıq Qarabağa yerləşdirilməsindən sonra döyüş zonalarından Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin də iştirakı ilə meyitlərin yığılması, tərəflərə təhvil verilməsi prosesi gedir. Əvvəlcə Şuşa ətrafından meyitlərin yığılması həyata keçirilib. “Rusvesna.su” Rusiya portalının müxbirinin Qarabağdan hazırladığı reportaja əsasən daha sonra Suqovuşan, Ağdərə və Qırmızı Bazar ətrafında meyitlərin yığılması prosesi başlayıb.

Reportajda qondarma “dqr”in “fövqəladə hallar nazirliyi” əməkdaşlarının Ağdərə istiqamətində aviasiya zərbəsi ilə dağıdılmış beton bunkerdən, dağıntılar altından cəsədləri çıxarmaq üçün işlədiyi də əks olunur. Kadrdan görünür ki, bunkerin həm divarları, həm üstü qalın beton plitələrlə örtülüb. Üstəlik bunkerin üstünə beton plitələrlə yanaşı qalın torpaq qatı da yığılıb ki, belə olan halda orada gizlənən düşməni adi artilleriya mərmiləri və ya reaktiv mərmilərlə məhv etmək mümkün deyildi. Nəticədə bunkeri ancaq böyük dağıdıcı gücə malik aviabomba ilə dağıtmaq mümkün olub. Hansı ki, cəbhənin həmin istiqamətində düşmənin müdafiə xətti bu cür beton bunkerlərin və yeraltı tunellərin şəbəkəsindən ibarət olub.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button