Hadisə

Daşkəsəndə baş verən müəmmalı qətllə bağlı məhkəmə başlayır

Daşkəsən rayonunda bacısını öldürməkdə təqsirləndirilən Elvin Abbasovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Savash.org-un xəbərinə görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Xaqani Səmədovun icrratında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin iyun ayında Daşkəsənin Əhmədli kəndində baş verib.

İttihama görə, 2000-ci il təvəllüdlü Elvin Abbasovun qısqanclıq zəminində bacısı, 1996-cı il təvəllüdlü Elgün Abbasovanın başına odun parçası vurmaqla onu qətlə yetirib. İlkin məlumata görə, E.Abbasov bacısını qısqanclıq zəminində öldürüb. Buna görə də ilk olaraq atası Elşah Abbasov cinayəti öz üzərinə götürmək istəyib. Elşah Abbasov hüquq-mühafizə orqanlarına qızını qətlə yetirdiyini bildirib.

Qadının qardaşı Elvin Abbasov isə hüquq-mühafizə orqanlarına bacısını qısqanclığa görə məhz özünün öldürdüyünü deyib.

Elvin Abbasova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button