Hadisə

Masallıda məşhur mebel fabriki yandı (VİDEO)

Masallıda məşhur mebel fabriki yandı (VİDEO)Cənub bölgəsində gücül yanğın hadisəsi qeydə alınıb.

ANS PRESS-in məlumatına görə, Masallı rayonunda yerləşən məşhur mebel firmalarından birinə məxsus fabrikdə güclü yanğın meydana gəlib.

Gecə saatlarında başlayan yanğın daha da şiddətlənməyə başlayıb. Bu barədə \”Cenubnews\” xəbər verir.

Hadisə baş verən əraziyə FHN-nin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin bütün canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğın anbarda 2000-2500 kv.m sahəni əhatə edib. Hazırda yanğının söndürülməsi və böyüməsinin qarşısını almaq üçün FHN-in yanğınsöndürənləri işləyirlər.

Yanğının nədən baş verdiyi isə hələlik bilinmir. Hadisənin dəqiq baş vermə səbəbi isə araşdırmalardan sonra bəlli olacaq.

Qeyd edək ki, yanğın zamanı fabrikə böyük miqdarda zərərin dəydiyi bildirilir.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button