Hadisə

Bakıda ailə faciəsi: ev yandı, 3 nəfər öldü

Bakıda ailə faciəsi: ev yandı, 3 nəfər öldü
Bakıda bir ailənin üç üzvünün ölümü ilə nəticələnən yanğın hadisəsi qeydə alınıb.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, paytaxtın Binəqədi rayonunda vətəndaşlara məxsus taxta konstruksiyalardan ibarət ümumi sahəsi 170 kv.m olan 6 evin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı 1979-cu il təvəllüdlü Cəlilov Şaiq Gülşad oğlu, 2008-ci il təvəllüdlü Cəlilov Amil Şaiq oğlu və 2010-cu il təvəllüdlü Cəlilov Kamil Şaiq oğlunun yanmış cəsədləri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğın saat 04:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button