Hadisə

Bakıda toya hazırlaşan ailənin evi qarət olundu

Bakıda toya hazırlaşan ailənin evi qarət olundu

Bakının Biləcəri qəsəbəsində, Füzuli küçəsindəki fərdi yaşayış evi qarət olunub. Evə soxulan oğru evin altını-üstünə çevirərək pul və qızıl-zinət əşyası axtarıb. İşdən qayıdan ev sahibinin oğlu oğru ilə üzləşsə də, həmin şəxs ərazidən yayınmağa müvəffəq olub.

“Mən işdə idim, oğlum zəng vurub dedi ki, evimizə oğru girib. Əvvəl elə bildim zarafat edir”. Bu sözləri zərərçəkmiş ev sahibəsi Afaq Balakərimova deyib. Oğlunun ciddi sözünü zarafat kimi qəbul edən qadın sonda bu pis xəbərlə barışmalı olub.

Məruz qaldıqları qarət hadisəsi ev sahiblərinin arzusunu da ürəklərində qoyub. Belə ki, oğrunun evdən apardığı pulla ev sahibinin oğlunun bu yaxınlarda toyu olmalıymış.

Afaq xanım oğrunun qızıl və 25 000 rus rublunu (317 AZN) apardığını bildirib.

Hadisədən xəbər tutan ərazi üzrə 6-cı polis bölməsinin əməkdaşları oğulruğun qeydə anındığı ünvana baş çəkiblər. Müvafiq yoxlamlar aparılıb, əl-barmaq izləri götürülüb, eləcə də zərərçəkənlərin ifadəsi alınıb.

Məlum olub ki, cinayətkar evə pəncərədan daxil olub. Əlbəttə, bu işdə ev sahibinin də səhlənkarlığı olub. Belə ki, mənzilin heç bir pəncərəsinə dəmir barmaqlıq vurulmayıb.

Hazırda faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button