Qar Azərbaycanda şadlıq sarayını dağıtdı (FOTO)
Həftəsonu ölkə ərazisində müşahidə ediləm çovğunlu, şaxtalı hava şəraiti bir çox problemləri də özü ilə gətirdi. Qar rayonlarla yanaşı, Bakıda da ciddi fəsadlara yol açıb.
ANS PRESS-in məlumatına görə, ağaclar aşıb, binaların dam örtüyü uçub, elektrik naqillərində qırılmalar meydana gəldiyi üçün bir çox ərazi işıqsız qalıb.
Əhmədli qəsəbəsində avtomobilin üzərinə ağac aşıb. Sakinlərin ANS PRESS-ə verdiyi məlumata görə, küləyin gücündən ağaclar qırıldığı üçün əhali küçələrdən keçməyə ehtiyat edir. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.
Neftçalada qar evlərlə yanaşı iaşə obyektlərinə də ziyan dəyib. Oxucuların verdiyi məlumata görə, kəndlərdə onlarla evin çardağı, talvarı, şadlıq sarayının dam örtükləri dağılıb. Bəzi kəndlər elektrik enerjisiz qalıb.
Dördlər kəndində eyni adlı şadlıq sarayının bir hissəsi dağılıb.