Hadisə

Bakıda ağır qəza: Tibb Universitetinin koronavirus xəstələrinə yardım edən üç tələbəsi həlak oldu

Bu gecə Bakıda baş verən avtomobil qəzası nəticəsində Azərbaycan Tibb Universitetinin 3 tələbəsi – Tuncay Məmmədov, Sahil Mustafazadə və Yeganə Məmmədova həlak olub.

Hər üç tələbə koronaviruslu xəstələr üçün olan modul tipli klinikada könüllü kimi çalışıblar. Hadisə onlar işdən evə gedərkən baş verib. Tələbələrdən ikisi hadisə yerində, Tuncay Məmmədov isə xəstəxanada keçinib.

Qəzada yaralanan digər tələbə İlkin Ağamirzəyev hazırda Bakıda özəl xəstəxanaların birində müalicə olunur. Onun vəziyyətinin də ağır olduğu deyilir.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button