Hadisə

Biləsuvarda ağır qəza: 3 nəfər öldü

Biləsuvarda ağır qəza: 3 nəfər öldü

Bakı-Astara yolunun 123-cü kilometrliyində, Biləsuvar rayonu ərazisində “QAZel” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) verdiyi xəbərə görə, dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilində olan 3 sərnişin aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Yanğınsöndürən-xilasedicilər deformasiya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyitləri çıxarıblar.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button