Hadisə

Rusiyada döyüldükdən sonra suya atılan azərbaycanlı boğularaq ölüb

Rusiyada döyüldükdən sonra suya atılan azərbaycanlı boğularaq ölüb

Rusiyada istintaq orqanları tərəfindən 1986-cı il təvəllüdlü Çita şəhər sakininə qarşı qaldırılan cinayət işinin təhqiqatı başa çatdırılıb.

\”Report\” Rusiya mətbuatına istinadən xəbər verir ki, o, adam öldürməkdə müqəssir bilinir.

İstintaqın məlumatına görə, 2014-cü il sentyabrın 28-nə keçən gecə müttəhim Yelizovo şəhərində kafedə olarkən, 53 yaşlı Azərbaycan vətəndaşının qıza sataşdığını güman edib. Onlar münasibətlərinə aydınlıq gətirmək üçün kafedən kənara çıxıblar. Polovkina çayı sahilində mübahisə zamanı müttəhim həmyerlimizin baş nahiyəsinə çoxsaylı yumruq zərbələri endirib, daha sonra onu çaya atıb. 53 yaşlı azərbaycanlı tənəffüs yollarının mexaniki olaraq su ilə bağlanması nəticəsində dünyasını dəyişib.

Hazırda istintaq tərəfindən kifayət qədər dəlil bazası toplanıb və cinayət işi ittiham qərarının təsdiqlənməsi üçün prokurora göndərilib. İttiham qərarı təsdiq edildikdən sonra mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndəriləcək.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button