Hadisə
Göyçayda yerli hüquq müdafiəçisi saxlanıldı
Hüquq müdafiəçisi, sabiq vicdan məhbusu Taleh Xasməmmədov bu gün səhər saatlarında həbs olunub.
Bu barədə arqument.az-a T.Xasməmmədovun anası Gülbuta Xasməmmədova məlumat verib.
O bildirib ki, oğlu ilə səhər saatlarında Göyçay bazarının yaxınlığındakı mebel salonuna daxil olarkən bir nəfər onlara yaxınlaşıb və Talehin üzünə tüpürüb: \”Taleh ondan niyə belə etdiyi soruşanda yerə yıxılaraq qışqırmağa başlayıb və özünü huşsuzluğa vurub. Yaxındakı polislər Talehi həbs ediblər… \”.