Hadisə

Ərdoğan və Gülə ağır itki

Ərdoğan və Gülə ağır itkiTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ağır itki üz verib.

ANS PRESS-in məlumatına görə, Ərdoğanın müəllimi və baş nazirin müşaviri olan professor Osman Öztürk müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

1944-cü il təvəllüdlü Osman Öztürk Ərdoğanın siyasi karyerasında önəmli rol oynayan şəxs kimi tanınır. 1994-cü ildə Ərdoğan İstanbul bələdiyyəsinin başqanı olan zaman Osman Öztürkü özünə müşavir təyin etmişdi. Baş nazirlikdə Baş maşavir vəzifəsində işləyən Osman Öztürk 2012-ci ildən türkiyənin Təhsil Baş Assambleyasının üzvü seçilimişdi.

Hacettepe, Marmara, Sakarya, Dokuz Eylül və Kırklareli Universitetlərində işləyən Öztürk dünyanın fərqli ölkələrində mühazirələr deyib və beynəlxalq elmi konfranslara qatılıb. 15 kitabın və 120 elmi məqaləninin müəllifi olan Öztürk ərəb, fars və ingilis dillərini bilirmiş.

Osman Öztürk Ərdoğana liseydə müəllimlik edib. Həmçinin Türkiyənin sabiq prezidenti Abdulla gülün də mənəvi müəllimi olaraq tanınıb.

Professor sabah dəfn olunacaq.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button