Hadisə

“Nurgün” şirkətlər qrupunun vitse-prezidenti oteldə ölü tapıldı

“Nurgün” şirkətlər qrupunun vitse-prezidenti oteldə ölü tapıldı“Nurgün” şirkətlər qrupunun vitse-prezidenti Müşfiq Səfiyevin üzərində zorakılıq olmayan meyiti bu gün saat 17:00 radələrində Salyan Olimpiya-İdman Kompleksinin mehmanxanasında aşkarlanıb.

Virtualaz.org saytının Şirvan bürosunun müxbiri xəbər verir ki, şirkətin Salyandakı fəaliyyəti ilə əlaqədar rayona gələrək həmin mehmanxanada qalan vitse-prezident qapının döyülməsinə və telefon zənglərinə cavab verməyib. Bunu görən otel işçiləri onun qaldığı otağa pəncərədən daxil olarkən şirkət rəsmisinin meyitini görüblər. O, artıq çoxdan keçinibmiş.

Mərhumun cəsədinin ətrafına istifadə etdiyi dərmanlar da səpələnibmiş.

50 yaşlı Müşfiq Səfiyev yüksək qan təzyiqindən əziyyət çəkdiyi üçün onun beyninə qan sızdığı ehtimal olunur.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Əlavə məlumatlar verməyə çalışacağıq. Virtualaz.org saytının müxbiri hadisəni araşdırmaqla məşğuldur.

Qeyd edək ki, mərhum M.Səfiyev tanınmış şair Əli Vəkilin oğludur. Mərhum M.Səfiyevin Salyanda iri maldarlıq təsərrüfatı ilə məşğul olduğu da deyilir. Onun Salyan və Neftçala rayonları ərazisində iri maldarlıq ferması olub. Həmin fermalarda Avropadan idxal olunmuş cins inəklər bəslənirmiş.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button