Hadisə

Bakıda “dəlixanadan” buraxılan oğul atasını bıçaqladı

Bakıda “dəlixanadan” buraxılan oğul atasını bıçaqladı
Bakıda oğul atasının qanını axıdıb. 57 yaşlı paytatx sakini Sadıxov Elman Ağaverdi oğlu çoxsaylı bıçaq xəsartləri ilə 1 saylı şəhər xəstəxanasına aparılıb. Bədənin müxtəlif nahiyələrində kəsilmiş-deşilmiş yara alan Elman Sadıxov dərhal əməliyyata götürülüb.

Bu müddət ərzində isə, polisə də məlumat verilib. Məlum olub ki, 57 yaşlı kişi yaşadığı 20 sahə Yurbəy Mürsəlov küçəsindəki evində bıçalanıb. Elman Sadıxovun qanını isə onun doğma oğlu Kamil axıdıb.

Polislər tərəfindən saxlanılan Kamilin ruhi-əsəb dispanserində qeydiyyatda olduğu məlum olub. Kamil Sadıxovun anasının sözlərinə görə, oğlu bir neçə gün imiş ki xəstəxanadan evə buraxılıb.

Qanlı hadisənin təfərrüatlarını isə Səbail polisi araşdırır.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button