İki fakültənin tələbələri qırğına çıxdı
Türkiyənin paytaxtı Ankarada \”Ankara\” Universitetinin dil və tarix fakültəsi tələbələri arasında dava-dalaş düşüb.
ANS PRESS-in məlumatına görə, 50-yə yaxın tələbə universitetin qapısı ağzında bir-birilərinə daş, masa və digər küt alətlərlə hücum ediblər. Qarşıdurmalar zamanı azı 10 nəfər ciddi xəsarət alıb.
Bir qədər sonra təhlükəsizlik qüvvələri qarşıdurmalar müdaxilə edib. Zorakılıq törədən tələbələrdən 46-sı həbs olunub.
Məlumata görə, qarşıdurmalar zamanı universitetin təhlükəsizlik xidmət əməkdaşına öz silahından atəş açılıb. Atəşin kim tərəfindən açıldığı, həmçinin, dava-dalaşa nəyin səbəb olduğu məlum deyil. Polis faktlarla bağlı istintaq araşdırması başladıb.
Bir qədər əvvəl oxşar hadisələr zamanı millətçi gənc Fırat Yılmaz Çakıroğlu öldürülmüşdü. Qətlin siyasi zəmində olduğu ehtimal edilir.