Hadisə
Bakıda 46 yaşlı kişi qətlə yetirildi
Bakının 46 yaşlı şəxs bıçaqlanaraq öldürülüb. Suraxanı rayonu Arzu Rzayev küçəsi ev 10 mənzil 19 ünvanında yaşayan 46 yaşlı İlham Feyzulini qonşuları küçənin ortasında bıçaqlanmış görüblərlər. Kömək istəyən yaralı təcili yardım maşını ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.
Xəstəxanada məlum olub ki, İlham Feyzulinə naməlum şəxs tərəfindən 4 bıçaq zərbəsi endirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq yaralı çoxlu qan itirdiyindən dünyasını dəyişib.
Qətli törədən şəxsə gəlincə, Suraxanı polisi onun kimliyini araşdırır. Onun müəyyən edilərək tutulması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı artıq cinayət işi başlanıb.