Hadisə

Bakıda həm də biabırçılıqla məşğul olan quldur dəstəsi tutuldu – (Fotolar, Video)

Bakıda həm də biabırçılıqla məşğul olan quldur dəstəsi tutuldu - (Fotolar, Video)

Xəzər rayonundakı orta məktəblərdən birində oğurluq edib, sonra da müəllimlər otağını kirlədən yeniyetmələr saxlanılıb. Onlarin üzərindən partlayıcı vasitələr də götürülüb.

ANS TV-nin məlumatına görə, Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyatçıları Cabbarov Kənan Cavid oğlu, Mənsurov Nahid Valeh oğlu, Mustafayev Zahir Rasim oğlu və İvanov Maksim Yuliyeviçi həbs etməklə əslində gələcəkdə daha böyük cinayətlərin qarşısını almış olub. Bu yeniyetmələri polisə hədəf edən isə onların Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində törətdikləri oğurluq əməlləridir. Bu dördlüyün yanında İbrahim adlı bir nəfər də var imiş. Üstəlik bu şəxsləri bir məqam da birləşdirir ki, o da onların hələ 18 yaşına qədəm qoymamasıdır. Bircə Kənan Cabbarovdan başqa.

Xəzər RPİ-nin müstəntiqi Elmar Abdalov deyir ki, onlar Xəzər rayonu, Buzovna qəsəbəsində 2014-cü ilin dekabrından 2015-ci il fevral ayının 27-ə qədər müxtəlif ünvanlarda oğurluq edərək vətəndaşlara külli miqdarda zərər vurublar.

Mağazalarla yanaşı bir orta məktəbə də soxulan oğrular oradan 3 kompüter və digər elektron cihazlar götürüblər. Bu azmış kimi, məktəbin müəllimlər otağını kirlədiblər.

Saxlanılan şəxs Kənan Cabbarov mağazalardan əsasən qulaqcıq və telefon aksesuarları götürdüklərini deyir.

Xəzər rayon polisi bu yeniyetmələri saxlayan zaman onlardan pirotexniki vasitələr də götürüb. Götürülən pirotexniki vasitələrin böyükləri 335 qram, sayı 18 ədəd, kiçikləri isə 205 qram, sayı 38 ədəd olub. Onların əsas özəlliyi güclü partladıcı və dağıdıcı təsirə malik olmasıdır. Bu vasitələrin təsir gücü isə yeniyetmələrin iştahasını daha da artırıb.

“Nahidlə birlikdə pirotexniki vasitələrin neft borularının altında gizlətdik. Nahid dedi ki, bununla bankomatları partlatmaq olar. Partladıcılardan birin Nahid partlatdı, bu an ətrafa rəgbərəng işıqlar yayıldı”, – deyə saxlanılan şəxs Kənan Cabbarov bildirib.

Partlayıcı vasitələrin bir neçəsi müayinə olunması üçün ekspertizaya göndərilib və müəyyən olunub ki, çəkisi 335 qram olan böyük vasitənin biri hətta insanı ağır yaralaya, ikisi isə öldürə bilər. Onun gücü döyüş sursatı olan “RQD-5” əl qumbarasından yalnız qəlpələrinin olmaması ilə geri qalır.

Onların həqiqətdə hansı mənbədən əldə olunması isə istintaqa məlum deyil. Bu cür pirotexniki vasitələrin ölkə ərazisində satışı qanunla qadağan olunub. Hazırda idarənin istintaq şöbəsində cinayət işi başlanılıb.
Bakıda həm də biabırçılıqla məşğul olan quldur dəstəsi tutuldu - (Fotolar, Video)
Bakıda həm də biabırçılıqla məşğul olan quldur dəstəsi tutuldu - (Fotolar, Video)

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button