Hadisə
Bıçaqlanan Bakı sakini qadından yardım istədi
Gecə Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.
21 yaşlı Kənan İmanov Süleyman Rəhimov küçəsində naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı yoldan keçən qadına bıçaqlandığını deyərək ondan kömək istəyib.
Həmin şəxs təcili tibbi yardım çağırıb. Xəstəxanaya gətirilən Kənan İmanov dərhal əməliyyata edilib.
Faktla bağlı Nəsimi rayon polis idarəsində cinayət işi başlanıb.
Hadisəni törədən şəxsin axtarışları davam edir.